League of Legends

League of Legends
Loqonun şəkli
Oyunun loqosu.
Oyunun loqosu.
Hazırlayan Riot Games
Yayımlayan Riot Games
Garena
Buraxılış tarixi Microsoft Windows
27 oktyabr 2009
OS X
1 mart 2013
Sonuncu versiya 11.15/ 22 iyul 2021
Sonuncu beta-versiya
Janrlar çoxnəfərli onlayn döyüş arenası
Rejissorlar Andrey van Run
Prodüserlər Cef Cu
Ssenaristlər Qraham Maknil
Texniki məlumat
Platformalar Microsoft Windows
OS X
Oyun rejimi çoxnəfərli oyun, kooperativ oyun[d]
Daşıyıcı rəqəmsal yükləmə[d], rəqəmsal distribusiya
İdarəetmə kompüter klaviaturası, kompüter siçanı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

League of Legends (azərb. Əfsanələr liqası‎), qısaca LoL və ya bəzən sadəcə League – 2009-cu ildə Riot Games tərəfindən buraxılmış çoxnəfərli onlayn döyüş arenası videooyunu. 2009-cu ilin oktyabrında buraxılmasından bəri oyunu oynamaq pulsuzdur və oyundaxili alış-verişlər mümkündür. Oyun Microsoft WindowsmacOS platformaları üçün əlçatandır.

Beş nəfərdən ibarət iki komandanın qarşı-qarşıya gəldiyi oyunda hər komanda xəritənin özünə aid yarısını müdafiə etməyə çalışır. Hər oyunçu "çempion" olaraq adlandırılan, özünəməxsus bacarıq və oyun stilinə malik olan personajı idarə edir. Oyunun gedişində çempionlar təcrübə xalları toplayaraq, qızıl qazanaraq və əşyalar alaraq daha da güclənirlər. Oyunun əsas modu olan "Çağırışçı vadisi" modunda əsas məqsəd qarşı komandanın bazasına çatmaq və orda yerləşən "Neksus" adlı böyük strukturu məhv etməkdir.

League of Legends tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Tənqidçilər oyunun əlçatanlılığını, personaj dizaynlarını və istehsal dəyərini bəyənmişdirlər. Oyunun çıxdığı gündən etibarən ən böyük problemi oyunçularının neqativ və təhqiredici davranışlarıdır. 2019-cu ildən etibarən oyuna eyni anda 8 milyona yaxın oyunçu daxil olur. Oyunun populyarlığı musiqi videoları, komikslər, qısa hekayələr, animasiya serialının, oyunun uğuru mobil versiyarəqəmsal kart oyunu kimi spin-off oyunlarının buraxılmasına gətirib çıxarmışdır.

League of Legends dünyanın ən böyük kiberidmanı hesab olunur və beynəlxalq arenada 12 peşəkar League of Legends liqası fəaliyyət göstərir. Yerli çempionatların qalibləri hər il Dünya çempionatında yarışırlar. 2019-cu ildəki Dünya çempionatını 100 milyondan çox izləyici izləmişdir. Yerli və beynəlxalq yarışlar Twitch, YouTube, Bilibili kimi onlayn platformalarda, eləcə də, ESPN kimi idman kanallarında yayımlanır.

  1. Patch 14.22 Notes. 2024.

Developed by StudentB